Gələn ilin dövlət büdcəsində əməkhaqlarının, sosial müavinətlərin, təqaüdlərin artırılması üçün 1 milyard 440 milyon manat məbləğində maliyyə təminatı yaradılıb

A- A A+

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsində əməkhaqlarının, sosial müavinətlərin, təqaüdlərin artırılması üçün vəsait nəzərdə tutulub. Bu tapşırığın həyata keçirilməsi üçün dövlət büdcəsində 1 milyard 440 milyon manat məbləğində maliyyə təminatı yaradılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir kir, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2022-ci ilin dövlət büdcəsində əməyin ödənişinə çəkiləcək xərclər sosialyönümlü xərclərin təqribən 60 faizini təşkil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: