Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması barədə qərar qüvvəyə minib

A- A A+

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) bununla bağlı qərarı “Resmi Gazete"də dərc olunub.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə ölkə parlamentinə göndərilən qanun layihəsi müzakirələrdən sonra təsdiqlənib.

Qərara əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: