Moskva Qarabağda vəziyyətin sabitləşdirilməsi üçün addımlar atmağa davam edəcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.
V.Putin qeyd edib ki, Rusiya vəziyyətin sabitləşdirilməsinə və Rusiya vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinə töhfə verəcək addımlar atmağa davam edəcək.