Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə 12 hərbçisinin əsir düşdüyünü bəyan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı məlumat nazirliyin rəsmi internet saytında yayımlanıb.
Məlumatda qeyd olunur ki, əsir düşənlərin 7-si müddətdən artıq xidmətdə olan hərbçilərdir. Nazirlik itkilərlə bağlı məlumatların dəqiqləşdirildiyini bildirib.
Həmçinin, bildirilir ki, döyüş əməliyyatları səngiməyib.