XİN başçısı: "Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb"

A- A A+

“Azərbaycanın zəfər əldə etməsi və Türkiyə ilə qurduğu münasibətlər nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb”.

NUHÇIXAN İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bunu da hər kəs qəbul edir və edəcək: "Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb. Otuz ildir işğal altında olan, yerlə-yeksan edilmiş, bir milyona yaxın insanımızın didərgin salındığı həmin torpaqların minalardan təmizlənməsi kimi böyük bir iş bizi gözləyir. Bu il bu mövzuda ciddi işlər görülməlidir. Artıq illəri əhatə edəcək yox, aylarımızı alacaq işlərdən danışırıq. Aylar sonra köçkünlərin bəziləri yurdlarına qayıdacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: