Türkiyə yenidən YUNESKO-nun İcraiyyə Komitəsinin üzvü seçilib

A- A A+

Türkiyə növbəti müddətə YUNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik qeyd edib: "2017-2021-ci illərdə YUNESKO-nun İcraiyyə Şurasının üzvlüyünü uğurla həyata keçirən Türkiyə YUNESKO-nun 41-ci Baş Konfransı çərçivəsində 17 noyabr 2021-ci ildə keçirilən seçkilərdə yenidən 2021-2025-ci illər üçün üzv dövlət seçilib".

Nazirlik vurğulayıb ki, Türkiyə YUNESKO-nun məqsəd və ideallarını dəstəkləyir və təşkilatın fəaliyyətini və dəyərlərini təbliğ etməyə davam edəcək:

"Türkiyənin yeni müddətə İcraiyyə Şurasına üzv seçilməsi ölkəmizin əvvəlki dövrdəki fəal və uğurlu fəaliyyətinin, eləcə də dünya miqyasında təhsil, elm və mədəniyyətə verdiyi töhfənin inandırıcı sübutudur".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: