Ermənistan Müdafiə Nazirliyi 16 noyabrda Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində məhv edilən hərbçilərinin sayını açıqlamağa başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, döyüşlər zamanı ölən erməni hərbçilərin sayı 6-ya çatıb.
Onların adları da məlumdur: baş leytenant Taron Saakyan, müqavilə əsasında xidmət edən əsgərlər Merujan Arutyunyan, Qurgen Sarkisyan, Artur Martirosyan, David Amiryan. Daha bir hərbçinin şəxsiyyəti müəyyənləşdirilir.
Açıqlamada bildirilir ki, Rusiya tərəfinin vasitəçiliyi və iştirakı ilə itkin düşmüş şəxslərin müəyyən edilməsi və əsirlərin qaytarılması istiqamətində intensiv işlər davam etdirilir.
Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə Nazirliyi 24-nün itkin, 13 hərbçinin isə əsir düşdüyünü bildirmişdi.