Ermənistanla sərhədləri müəyyənləşdirən xəritələr... - VİDEO

536

Rusiyanın dövlət arxivlərindəki xəritələr və çoxsaylı sənədlər Ermənistan-Azərbaycan sərhədinin haradan keçməsini sübut edən dəyərli faktlardır.

NUHÇIXAN İnformasiya Agentliyi İTV-yə istinadən xəbər verir ki, təxminən 70 illik dövrü əhatə edən bu xəritələrdə Cənubi Qafqaz respublikalarının sərhəd və inzibati bölgüsü dəqiqliklə qeyd olunub.

Azərbaycana aid xəritələrin yerləşdiyi əsas arxiv Rusiya Dövlət Kitabxanasının Paşkov Evində yerləşən Kartoqrafiya bölməsidir.

Burada Azərbaycana aid doqquz xəritə mövcuddur. Həmin xəritələrdən ən qədimi 1925-ci ildə çap olunan Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının siyasi xəritəsidir. Bu xəritədə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri, o cümlədən, 15 mahalı, bir muxtar vilayəti və bir muxtar respublikası qeyd olunub.

Daha ətraflı videomaterialda:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: