Rusiya Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti Qarabağdakı vəziyyəti müzakirə ediblər

228

Rusiya Prezidenti Vladimir Putin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qarabağdakı vəziyyəti müzakirə ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, telefon danışığında tərəflər Belarusun Avropa İttifaqı ölkələri ilə sərhədlərindəki vəziyyət, Əfqanıstan və Liviya məsələləri də daxil olmaqla, bir sıra aktual beynəlxalq problemlər ətrafında müzakirələr aparıblar.

Vladimir Putin Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi və Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində atılan addımlar barədə məlumat verib. "Məhz bu məsələlərin Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündə müzakirəsi planlaşdırılır", - deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: