Tərtər rayonunun Suqovuşan qəsəbəsində aparılan axtarışlar zamanı Ermənistan ordusunun İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş və bu günə kimi itkin düşmüş sayılan daha bir hərbçisinin meyitinin qalıqları aşkarlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, onun şəxsiyyəti tibbi ekspertizadan sonra müəyyənləşəcək.
Bununla da Ermənistan ordusunun İkinci Qarabağ müharibəsində meyitinin qalıqları tapılmış, itkin düşmüş sayılan hərbçilərinin sayı 1 701 nəfərə çatıb.