Xarici İşlər Nazirliyi Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunmasının 1 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında paylaşım edilib.
“25 noyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Kəlbəcər rayonunda üçrəngli bayrağımızı ucaltdı”, - paylaşımda bildirilib.