Ermənistan Türkiyə ilə münasibətlərin qurulmasında Rusiyadan vasitəçi olmağı xahiş edib

A- A A+

Ermənistan rəsmi Ankara ilə münasibətlərin normallaşdırılmasında vasitəçi olması üçün Rusiyaya müraciət edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Ermənistanın rəsmi Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında vasitəçi olması üçün Rusiyaya müraciət etdiyini təsdiq edə bilərəm. Rusiya bunda maraqlıdır və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına səy göstərib. Ölkəmiz bundan sonra da sözügedən məsələyə öz töhfəsini verməyə hazırdır. Bu prosesin başlanması şübhəsiz ki, regionda ümumi vəziyyətin sağlamlaşmasına, mehriban qonşuluq və etimad mühitinin yaranmasına öz töhfəsini verə bilər. Hazırda bu aktualdır”, - Zaxarova deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: