Vladimir Putin: Biz razılığa gəlirik ki, yaxın vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işləri sahmana salaq

A- A A+

Biz yenə də o barədə razılığa gəlirik ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işləri sahmana salaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşdə bildirib.

Rusiya Prezidenti qeyd edib ki, məsələnin mürəkkəb olması aydındır. O, hələ Sovet İttifaqından qalıb. Orada dəqiq sərhədlər olmayıb. Lakin bütün bunlar barədə danışmaq imkanı var.

“Həmkarlarımla razıyam ki, nə qədər çox əlaqə, o cümlədən birbaşa əlaqələr olarsa, daha yaxşıdır. Birbaşa ikitərəfli əlaqələr ümumiyyətlə prioritetdir. Mən bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə görüşünüz nəzərdə tutulub. Siz oraya getməyə və orada görüş keçirməyə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq. Nə qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır”, - deyə Vladimir Putin vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: