Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Aşqabadda görüşüblər

A- A A+

Noyabrın 26-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Aşqabad şəhərində keçirilən iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Tərəflər bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: