İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur - Amerikalı ekspert

A- A A+

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə amerikalı ekspert Piter Teys deyib.

Ekspert qeyd edib ki, İƏT-in XV Zirvə Toplantısı Avrasiya qitəsində, xüsusilə sənaye və iqtisadi inkişaf sahəsində əsas prioritetləri müəyyən edən böyük qlobal tədbirdir:

"İƏT-ə üzv dövlətlərin bu münasibətlə təsdiqlədiyi və İkinci Qarabağ müharibəsində Azərbaycanı şanlı qələbə münasibətilə təbrik edən bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə və Azərbaycanla əməkdaşlığın yeni səhifəsini açmağa çağırışdır. İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur".

Onun sözlərinə görə, Türkmənistan və digər İƏT-ə üzv dövlətlər Zəngəzur dəhlizindən onları Türkiyə, Qara dəniz regionu və Avropa bazarları ilə birbaşa birləşdirəcək körpü kimi istifadə etməklə Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirlər:

"Ermənistan İƏT-ə üzv dövlətlərlə artan iqtisadi tərəfdaşlığı qəbul etmək üçün addım atmalı və Ermənistanın xaricdə imicini korlayan kölgə iqtisadiyyatından əl çəkməlidir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: