Ceyhun Bayramov: Ermənistanın üçtərəfli razılaşmaları pozması münaqişəsonrası təhlükəsizliyə ciddi maneədir

A- A A+

Ermənistanın davamlı şəkildə üçtərəfli razılaşmaları pozaraq, hərbi qüvvələrini geri çəkməməsi və mina xəritələrini Azərbaycana verməməsi münaqişə sonrası təhlükəsizliyin bərqərar olmasına maneçilik törədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu İsveçin paytaxtında keçirilən ATƏT Nazirlər Şurasının görüşündə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov deyib.

Qarabağ münaqişəsinin başa çatması ilə bu ərazilərdə Azərbaycanın irimiqyaslı bərpa-quruculuq işlərinə start verdiyini vurğulayan Ceyhun Bayramov işğalçılar tərəfindən tarixi-mədəni abidələrin dağıdıldığını diqqətə çatdırıb.

Nazir qeyd edib ki, işğalçıların bu torpaqlarda uzun illər boyu saysız-hesabsız minalar yerləşdirməsi səbəbindən bu gün Azərbaycan dünyada ən çox minalanmış ölkələrdən biridir. Ermənistan mina xəritələrini təqdim etməkdən boyun qaçırır və yalnız son bir ildə mina partlayışları nəticəsində aralarında sıravi vətəndaşların və jurnalistlərin də olduğu 180 nəfər həyatını itirib və yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: