ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası dekabrın 3-də işini başa çatdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla da ATƏT-ə sədrlik İsveçdən Polşaya keçib.
İclasdan sonra baş tutan görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde təşkilata sədrliyi Polşanın xarici işlər naziri Zbigne Rauya təhvil verib.
Zbigne Rau ölkəsinin ATƏT-ə sədrliyi dövründə realistik yanaşma və əməkdaşlıq, ətraf mühit və təhlükəsizlik məsələlərinin diqqətdə saxlanılacağını, mövcud problemlərin həllinə çalışacağını bildirib.