Qarabağda daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb

A- A A+

İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş və bu günə kimi itkin düşmüş sayılan daha bir erməni hərbçisinin meyitinin qalıqları aşkarlanıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir.

Belə ki, Xocavənd rayonunda aşkar edilən meyit Rusiya sülhməramlılarının iştirakı ilə Ermənistana təhvil verilib.

Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

Ümumilikdə, müharibə başa çatdıqdan sonra Qarabağda 1704 erməni hərbçisinin meyitinin qalıqları tapılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: