NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir - FOTOLAR

A- A A+

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində N saylı hərbi hissəsində Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının və NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupunun iştirakı ilə "Aviasiya əməliyyatları" mövzusunda təlim kursu başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, kurs müddətində Hərbi Hava Qüvvələrinin müvafiq bölmələrinin fəaliyyətlərinin Əməliyyat İmkanları Konsepsiyası standartlarına uyğun təşkili, mühafizə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Kurs dekabrın 9-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: