Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edilib - FOTOLAR
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu dekabrın 9-da Siyəzən rayonun Zarat kəndində dəfn olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hərbi qulluqçunun dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Şəhid Asif Əliyev yaylım atəşi altında dəfn olunub. Onun tabutuna bükülən üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim olunub.
Asif Əliyev 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Onun həqiqi hərbi xidməti başa vurmağına bir ay qalmışdı. Vətən müharibəsi iştirakçı olan A.Əliyev “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.