Ermənistanda Azərbaycanın təhvil verdiyi erməni hərbçilərin bir hissəsi saxlanılıb

A- A A+

Ermənistanda Azərbaycanın təhvil verdiyi erməni hərbçilərin bir hissəsi saxlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiq edib.

O bildirib: "Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə başlanmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb".

Hərbçilərin həbsi ilə bağlı vəsatətlər məhkəməyə təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışdılar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: