Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Həsənov Nurlan Eldar oğlunun dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olması faktını təsdiqləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.