Türkiyənin KMG556 pulemyotu kütləvi istehsala hazırdır

A- A A+

Türkiyənin KMG556 pulemyotu sınaqlardan keçib və kütləvi istehsala hazırdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu yerli KİV-lərə istehsalçı "KaleKalıp" şirkətinin strateji əlaqələr şöbəsinin rəhbəri Hakan Akkoç deyib.

Onun sözlərinə görə, silah üzərində iş və sınaqlar iki il müddətində davam edib. Kütləvi istehsaladək pulemyot 34 sınaqdan keçib.

Pulemyotun çəkisi 7,8 kiloqramdır və 5,56 mm çaplı patronlar istifadə etməklə atəş tezliyi dəqiqədə 750-950 patron təşkil edir. Silahın bütün komplekt hissələri Türkiyədə istehsal olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: