NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Qətər dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Feysal Abdulla Al-Henzabın dəvətilə bu ölkənin milli bayramı - Milli Gün münasibətilə təşkil edilən rəsmi qəbulda iştirak edib.