Azərbaycan ilə Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə olunub

A- A A+

Dekabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, tərəflər Azərbaycan ilə Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Vladimir Makey Şərq Tərəfdaşlığının VI Sammitinin nəticəsinə dair qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.

Nazirlər, həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: