Almaniya xəbər agentliyi: Avropa İttifaqı Ermənistana və Azərbaycana dəstək vəd edir

A- A A+

Almaniyanın “dpa” xəbər agentliyi tərəfindən “Avropa İttifaqı Ermənistan və Azərbaycana dəstək vəd edir” sərlövhəli məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Brüsseldə Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilən yüksəksəviyyəli görüşdə Avropa İttifaqının Cənubi Qafqaz respublikaları olan Ermənistan və Azərbaycana Qarabağla bağlı məsələdə dəstək verəcəyi bildirilib. Həmçinin Aİ tərəfindən regionda minaların təmizlənməsi prosesində bu ölkələrə yardım ediləcəyi, habelə münaqişədən zərər çəkmiş insanlara kömək göstəriləcəyi diqqətə çatdırılıb. Bundan əlavə, Aİ-nin təsis edəcəyi ekspertlər qrupunun sərhədlərin müəyyən olunması ilə bağlı problemlərə texniki dəstək göstərməsi nəzərdə tutulub.

Məqalədə qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası da planlaşdırılır. Vurğulanır ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə keçirdiyi görüşdə əsas məqsədin etimadın yaradılması istiqamətində atılacaq addımlar və regionda davamlı sülhün əldə edilməsi olduğunu bildirib.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilmiş görüşdən əvvəl ötən ayın sonlarında Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə bir araya gəldikləri vurğulanır.

Həmçinin qeyd olunub ki, ötən ilin payızında baş verən müharibə nəticəsində Azərbaycan Qarabağı azad edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: