Daimi nümayəndəliyin rəhbəri AMİ-nin və ADPU-nun yubiley tədbirlərində iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bir sıra rəsmi şəxslərlə birlikdə Azərbaycan Memarlar İttifaqının dəvətilə İttifaqın 85 illiyi ilə əlaqədar təşkil olunan yubiley tədbirində iştirak edib. Rəsmi tədbirdə Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun təbrik məktubunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri cənab Elbay Qasımzadəyə təqdim edib.

Həmçinin Bəxtiyar Əsgərov Təhsil Nazirliyinin dəvətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubiley tədbirində də iştirak edib.

Qeyd edək ki, tədbirdə bir çox rəsmi şəxslərlə yanaşı muxtar respublikada fəaliyyət göstərən universitetlərin rektorları da iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: