“TRT Haber” telekanalı postmünaqişə dövründə Cənubi Qafqazda vəziyyətə dair xüsusi veriliş yayımlayıb

A- A A+

Türkiyənin nüfuzlu “TRT Haber” telekanalı Azərbaycan-Ermənistan münasibətlərinə dair xüsusi veriliş yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tanınmış alimlər Özgür Tör və Toğrul İsmayıl otuz illik işğala son qoyulandan sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyəti şərh ediblər.

Verilişdə keçmiş münaqişənin tarixi, onun yaranma səbəbləri, Ermənistanı işğalçılığa həvəsləndirən cəhətlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı parlaq Qələbə və onun qorunması prosesi, Zəngəzur dəhlizinin əhəmiyyəti, Türkiyənin Cənubi Qafqazdakı mövcudluğu və digər mühüm məsələlərə toxunulub.

Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesinə dair danışıqlara aid videokadrların da əks olunduğu verilişdə türkdilli ictimaiyyətə mövzu ilə bağlı ətraflı məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: