Nikol Paşinyan: "İlham Əliyevlə görüşlərdən sonra dinc eranın inkişafı üçün imkanlar yaranıb"

A- A A+

“Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanlar yaranıb”.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidməti əməkdaşları ilə görüşdə bildirib.

Həmin görüşlə bağlı hökumətinin dekabrın 20-də yaydığı pres-relizə əsasən N. Paşinyan deyib: “Qeyd etmək istəyirəm ki, Soçi və Brüssel görüşündən sonra biz addım-addım ölkəmiz və regionun inkişafı üçün yeni eranın açılması istiqamətində irəliləyirik. Ermənistan hökuməti bu istiqamətdə irəliləmək üçün bütün imkanlardan istifadə edəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: