Rusiya və Fransa prezidentləri Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər

A- A A+

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

NUHÇIXAN İnformasiya Agentliyi Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, iki ölkənin liderləri Avropa qitəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. 

Telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi də aparılıb. Regionda vəziyyətin sabitləşməsi və dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub. Qeyd edilib ki, Rusiya və Fransa bu məsələlərin həlli üzrə hazırda və gələcəkdə sinxron hərəkət etmək niyyətindədirlər.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: