Qarabağın statusu Azərbaycan konstitusiyası əsasında baş verməlidir - VİDEO

A- A A+

“Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir”

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 24-də baş tutan mətbuat konfransı zamanı bildirib.

Paşinyanın sözlərinə görə, bu imkanı onun sələfləri yaradıb.

Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi əzəldən erməni tərəfinin “xeyrinə” getməyib. Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər isə ermənilər üçün “faciəvi” olub.

Ermənistanın baş naziri deyib ki, ATƏT-in Minsk qrupu tərəfindən 3 təkliflər paketi təqdim edilib: “Hansı ki, 2011-ci ildən ilk dəfə olaraq, Dağlıq Qarabağa erməni tərəfinin geniş təbliğ və reklam etdiyi kimi, “müvəqqəti keçid statusu” sözü daxil edilməyib. Təkliflər toplusunda Dağlıq Qarabağın qurumları vardı, lakin heç kəs xatırlamaq istəmir ki, Dağlıq Qarabağın müvəqqəti vəziyyəti və statusu məsələsi BMT Təhlükəsizlik Şurasına ötürülüb. Burada problem nədədir? Mümkündürmü BMT-nin bu məsələ üzrə qərarını qabaqcadan proqnozlaşdırmaq? Çünki burada bir hissə var ki, Dağlıq Qarabağ hansı ölkənin tərkib hissədir? Əgər bu iş Təhlükəsizlik Şurasındadırsa aqibəti bəlli olur. Çünki 1993-cü ildə BMT qətnamə qəbul edib. Burada deyilir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: