Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı - İbrahim Kalın

A- A A+

Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Türkiyənin Çikaqodakı Baş Konsulluğunda ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.

İ.Kalın suala cavabında deyib ki, ABŞ-dakı erməni lobbisi anti-Türkiyə əhvali-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib:

"Qafqazda çox fərqli proses gedir və indi bu erməni diasporun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz torpaqlarına qayıtması ilə orada tarixin yeni səhifəsi açılıb".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: