Bu gün - dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qeyri-formal sammitə Rusiya prezidenti Vladimir Putin sədrlik edəcək.
Xatırladaq ki, 1991-ci ildə yaradılan MDB-yə Rusiya, Qazaxıstan, Belarus, Azərbaycan, Ermənistan, Qırğız Respublikası, Moldova, Tacikistan və Özbəkistan daxildir.