Əmək pensiyalarının minimum məbləği artırıldı

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Qanunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin birinci cümləsində “2019-cu il 1 oktyabr tarixindən 200” sözləri “2022-ci il yanvarın 1-dən 240” sözləri ilə əvəz edilir.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: