Beş nəfər erməni hərbçi qarşı tərəfə qaytarılıb

A- A A+

Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq dekabrın 29-da Macarıstan Respublikasının vasitəçiliyi ilə beş nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Həmin şəxslər 2021-ci ilin noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməni əsilli hərbi qulluqçulardır. Qeyd olunan beş nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları – 1 noyabr 1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18 iyun 1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 8 yanvar 1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16 aprel 1992-ci il təvəllüdlü Xaçataryan Suren Levai və 4 oktyabr 1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir.

Dövlət Komissiyasından bildirir ki, 2021-ci ilin noyabrın 26-da, dekabrın 4-də və 19-da da Azərbaycan qarşı tərəfə 21 nəfər erməni əsilli hərbi qulluqçunu qaytarıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: