Ərdoğanın Ermənistanla bağlı şərtləri var

A- A A+

"Prezidentimizin müəyyən şərtləri var. Bunlar normallaşma prosesində Azərbaycanın müsbət fikirləri, arxivlərin açılması və tarixçilərin bu mövzuda araşdırma aparmasıdır”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Mərkəzi İcraiyyə Heyətinin (MYK) növbəti iclasından sonra partiyanın sözçüsü Ömer Çelik bildirib.

Çelik xüsusi nümayəndələrin ilk iclasının Moskvada keçiriləcəyini əlavə edib.

O, Türkiyənin Ermənistanla normallaşma addımlarında bəzi şərtlərin olduğunu dilə gətirib:

“Prezidentimiz tövsiyə etdi ki, arxivlər açılsın, tarixçilər araşdırma aparsın və hamı buna hörmətlə yanaşsın. Ermənistan buna heç bir şəkildə müsbət yanaşmadı. Bizim azərbaycanlı türk qardaşlarımız normallaşma prosesinə müsbət baxır. Türkiyə bölgədə vəziyyəti sabitləşdirmək üçün addımlar atır. İlk addım İstanbuldan İrəvana uçuşlar ola bilər. Ümid edirik ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: