Ağdamda ekskavator tank əleyhinə minaya düşüb

A- A A+

Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədov hər hansı xəsarət almayıb, ekskavatora ziyan dəyib.

Ağdam Rayon Prokurorluğundan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: