Belarusun Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - VİDEO

A- A A+

Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin və Ticarət Evinin birgə təşəbbüsü ilə edilən videoproyeksiya Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunub.

Axşam saatlarından etibarən təqdim edilən videoproyeksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: