Ukraynalı politoloq: 2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycan üçün yeni çağırışlar yaradan müasir geosiyasi proseslərə uyğundur

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi kifayət qədər məntiqli və qanunauyğundur. Şəhərin 270 illik yubileyi həqiqətən də mühüm hadisədir və ləyaqətlə qeyd edilməli bir hadisədir. Söhbət otuz ilə yaxındır işğal altında olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan gedir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun eksperti, politoloq Mikola Zamikula söyləyib.

Ukraynalı politoloq bildirib ki, Şuşa azərbaycanlıların qəlbində xüsusi yer tutur.

“Düzünü desəm, digər ölkələrdə oxşar əhəmiyyətə malik şəhərin birliyini və ya analoqunu tapmaq çətindir - spesifikasiyalar nəzərə alınmaqla: söhbət müasir paytaxtdan, dövlətin iqtisadi və ya sənaye mərkəzindən deyil, Azərbaycan kimliyinin formalaşmasında həlledici rol oynayan şəhərdən gedir. 2022-ci ilin “Şuşa İli” elan edilməsi bu şəhərin tarixi-mədəni əhəmiyyətinə uyğundur. Eyni zamanda belə bir qərar Cənubi Qafqazda günün nizamını formalaşdıran, Azərbaycan üçün yeni imkanlar və çağırışlar yaradan müasir geosiyasi proseslərə uyğundur”, - deyə Mikola Zamikula əlavə edib.

Mikola Zamikula qeyd edib ki, regionda yeni status-kvo Şuşa şəhərinin inkişafı üçün geniş imkanlar açır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: