Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının növbədənkənar toplantısında iştirak edəcək

A- A A+

Türk Dövlətləri Təşkilatının 11 yanvar 2022-ci il tarixində baş tutacaq təşkilata üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin növbədənkənar toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan XİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.

Türkiyənin təşəbbüsü ilə baş tutacaq toplantı videokonfrans formatında keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: