Tabor komandirləri ilə toplanışlar keçirilir - FOTOLAR
Bu il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunda tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanışlar keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, toplanışlarda zabitlərin bilik və bacarıqları, eyni zamanda, fiziki hazırlığı qiymətləndirilir, müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilir.
Toplanışların əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzəri bilikləri və peşəkarlıq səviyyələrinin artırılmasıdır.