Magistral yolların kənarında sürücülər üçün istirahət yerləri qurulacaq

601

Magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti olan məşğul olan sürücülər üçün istirahət yerləri qurulacaq

NUHÇIXAN xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, iş və istirahət rejimi ilə bağlı ölkə başçısının müvafiq fərmanı var: “Söhbət yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin taxoqraf cihazı ilə təmin olunmasından gedir. Hazırda bununla bağlı işlər görülür. 2011-ci ildə beynəlxalq yükdaşımalarda bu tətbiq edildiyindən, artıq bununla bağlı təcrübə var. Sürücülər həmin kartlarla təmin edilib və kartlar taxonet beynəlxalq şəbəkəsinə qoşulub. Hətta xarici ölkələrin sürücüləri də bu kartı bizdən əldə edir. Bu təcrübə olduğu üçün ölkədaxili yük və sərnişindaşımalarda bu tətbiq olunacaq. Həmçinin magistral yolların kənarlarında istirahət üçün yerlər qurulacaq. Yəni ölkələrarası hərəkət edən sürücülər burada istirahət etməlidir. Bundan başqa, daxili yükdaşımada iştirak edən sürücülər də buradan istifadə edə biləcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: