Müdafiə Nazirliyi: İstifadəyə yararsız döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyası davam etdirilir
Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”, - deyə nazirliyin məlumatında qeyd olunub.