Ermənistan sərhəddə törətdiyi təxribat nəticəsində itkilərini açıqlayır: 3 ölü, 5 yaralı - YENİLƏNİB

A- A A+

Ermənistan yanvarın 11-də dövlət sərhədində törətdiyi təxribat nəticəsində verdiyi itkiləri açıqlamağa başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi sərhəddə atışmada üç hərbçisinin öldüyünü, 5 hərbçisinin yaralandığını təsdiqləyib.

Törətdikləri təxribatın qurbanı olanlar sıravi Artur Mxitaryan (2002-ci il təvəllüdlü), kiçik serjant Rudik Qəribyan (2002-ci il təvəllüdlü) və sıravi Vahan Babayandır (2003-cü il təvəllüdlü).

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarında sərhədin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olduğu barədə məlumat yayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: