Kəlbəcərdə şəhid olan Ayaz Nəzərovla Tovuz rayonunda vida mərasimi keçirilir - VİDEO

A- A A+

Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində törətdiyi təxribat zamanı şəhid olan hərbi qulluqçumuz, 1998-ci il təvəllüdlü Ayaz Nəzərovla doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində vida mərasimi keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə vida mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayon İcra hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsinin əməkdaşları, hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid Ayaz Nəzərov kənd qəbiristanlığında dəfin ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: