Kəlbəcərdə erməni təxribatı nəticəsində şəhid olan hərbçimiz torpağa tapşırıldı - VİDEO

225

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlunun nəşi anadan olduğu Tovuz rayonuna gətirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tovuzun Bozalqanlı kəndində şəhidimizlə vida mərasimi keçirilib.

Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhər sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Vida mərasimindən sonra şəhid Ayaz Nəzərov torpağa tapşırılıb.

Şəhidin tabutu üzərində olan üçrəngli Azərbaycan bayrağı ailəsinə verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: