Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO

245

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib.

Taktiki-xüsusi təlimin ssenarisinə əsasən silahların, döyüş sursatlarının və partlayıcı maddələrin qaçaqmalçılığı, narkotik vasitələrin emalı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi məqsədilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlılarından ibarət qruplar antiterror əməliyyatına başlayıb.

Şərti adı “Köhnə fabrik” olan yaşayış məntəqəsində silahlı cinayətkarlarla mübarizədə müxtəlif silah nümunələrinin tətbiqi ilə yaxın məsafəli döyüş elementləri icra edilib və xüsusi təlim keçmiş xidməti itlərin köməyi ilə silahlar və narkotik vasitələr aşkar edilərək zərəsizləşdirilib.

Təlim zamanı qaçaqmalçılıqla məşğul olan terrorçulardan məhv edilənlərlə yanaşı əsir götürülənlər də olub.

Əməliyyat rayonundan qaçmağa cəhd edən terror qruplaşmasının rəhbəri xüsusi təyinatlılarımız tərəfindən pusquya salınıb və sağ olaraq ələ keçirilib.

Türkiyə Respublikası Silahlı Qüvvələri mənsublarının da izlədikləri təlimin uğurla başa çatması münasibətilə keçirilən mükafatlandırma mərasimində Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev çıxış edərək şəxsi heyətin cinayətkar terrorçularla mübarizə vərdişlərinin daim təkmilləşdirildiyini və təlimlər zamanı tapşırıqların yüksək peşəkarlıqla icra edildiyini diqqətə çatdırıblar.

Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: