Zəngəzur mahalı yaxınlığında düşmənlə üz-üzə... - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) əməkdaşları Qərbi Azərbaycanın Zəngəzur mahalının Xanazax və Xəzinəvar kəndlərinin ətrafında yerləşən erməni mövqeləri yaxınlığında çəkiliş aparıb.

Videogörüntülərə əsasən, sözügedən ərazidə erməni mövqeləri ordumuzun nəzarətindəki mövqelərə nisbətən aşağıda yerləşib və strateji, taktiki üstünlük ordumuzun tərəfindədir.

Ərazidə postların bir-birinə yaxın olması da diqqət çəkir. Hətta ermənilər öz postlarına gedərkən Azərbaycan Ordusunun postlarının qarşısından keçməli olur, bəzi yerlərdə isə bunun əksi müşahidə olunur.

Ətraflı süjetdə:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: