Rusiya Xarici İşlər Nazirliyində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin səfirləri ilə görüş keçirilib

A- A A+

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın səfirliklərinin rəhbərləri ilə görüşüb.

NUHÇIXAN İnformasiya Agentliyi Nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, diplomatik missiya təmsilçiləri 9-13 yanvar tarixlərində Cenevrədə, Brüsseldə və Vyanada ABŞ və NATO ilə Rusiya Federasiyasının təhlükəsizliyinin beynəlxalq-hüquqi təminatı məsələləri üzrə keçirilən məsləhətləşmələrin yekunları, həmçinin bu mövzunun ATƏT-in Daimi Şurasının iclasında müzakirəsi barədə ətraflı məlumatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: