Gürcüstan KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfərindən yazır

A- A A+

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ukraynaya səfəri və söylədiyi fikirlər Gürcüstan mətbuatının da diqqət mərkəzində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “24news.ge”, “interpress.ge”, “kavkasiya.net”, “interpressnews.ge” informasiya portalları Azərbaycan Prezidentinin Ukraynaya səfərindən xəbərlər hazırlayaraq yayıblar.

Azərbaycan, rus, ingilis və gürcü dillərində yayılan xəbərlərdə Azərbaycan Prezidentinin regional təhlükəsizlik, regional əməkdaşlıq, eləcə də Azərbaycan-Ukrayna ikitərəfli əməkdaşlığının inkişafı barədə fikirləri əksini tapıb.

Qeyd edək ki, “interpress.ge” portalı Azərbaycan və Ukrayna prezidentlərinin geniş tərkibdəki görüşünün tam mətnini oxuculara təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: